Buxarest meri Rumıniya prezident seçkilərində qalib gəlib

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda liberal Buxarest meri Nikuşor Dan qalib gəlib.
Mərkəzi Seçki Bürosunun məlumatına görə, səslərin 99,32%-nin sayılmasından sonra Dan 53,97%, onun rəqibi – sağçı AUR partiyasının lideri Corce Simion isə 46,03% səs toplayıb.
Simion nəticələri tanımayıb və özünü “yeni prezident” elan edib. O, tərəfdarlarını mayın 19-da ümummilli etiraz aksiyalarına çıxmağa çağırıb. Sosial şəbəkələrdə AUR üzvlərinə kütləvi mesajlar göndərilib.
Rumıniya Xarici İşlər Nazirliyi seçki prosesinə “Rusiyanın müdaxiləsi” əlamətlərinin olduğunu bildirib. Nazirlik Telegram vasitəsilə saxta məlumatların yayıldığını açıqlayıb. Fransa isə Rumıniya seçkilərinə müdaxilə etdiyi iddialarını təkzib edərək, demokratiyaya hörmətə çağırıb.
Bu seçkilər son bir ildə ikinci dəfə keçirilir.
2024-cü ildəki ilk turun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. Həmin vaxt qalib gələn namizədin Moskva ilə əlaqələrdə şübhəli bilinməsi seçkilərin ləğvinə səbəb olub.
N.Təbrizli
Son xəbərlər
Daha çox 