• $ 1.7
  • € 1.9496
  • ₽ 0.021656
  • ₺ 0.043
  • £ 2.2799

Qafqazda müəyyən müsbət irəliləyişlər var - KTMT-nin baş katibi

Qafqazda müəyyən müsbət irəliləyişlər var - KTMT-nin baş katibi
19.05.2025 13:53

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını gözləyir, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib. 

“Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, Ermənistan və Azərbaycanın danışıqların başa çatması və iki ölkə arasında dövlətlərarası sənədin mətni üzrə razılaşması barədə bəyanatıdır. Biz ümid edirik ki, sənəd ən qısa zamanda imzalanacaq və onun icrasının Cənubi Qafqazda sülh və sabitliyə etibarlı yol açacağını gözləyirik, -  o, KTMT Parlament Assambleyası Şurasının iclasında bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İrana nüvə məsələsində dəstək olmağa hazırıq - Putin
Dünya 10:09
İrana nüvə məsələsində dəstək olmağa hazırıq - Putin
ABŞ müdafiə xərclərini 5%-ə qaldırmayacaq -Tramp
Dünya 09:40
ABŞ müdafiə xərclərini 5%-ə qaldırmayacaq -Tramp
Avropa və ABŞ İranda yeni rəhbərin kim olacağını müzakirə edir
Dünya 09:30
Avropa və ABŞ İranda yeni rəhbərin kim olacağını müzakirə edir
İsrail Məşhəd və Təbriz şəhərlərinə hücum edib- SON XƏBƏRLƏR
Dünya 00:16
İsrail Məşhəd və Təbriz şəhərlərinə hücum edib- SON XƏBƏRLƏR
İranda zəlzələ olub
Dünya 22:35
İranda zəlzələ olub
Ərdoğan Paşinyanla görüşüb - Yenilənib
Dünya 22:10
Ərdoğan Paşinyanla görüşüb - Yenilənib
ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər
Dünya 22:04
ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər
Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır
Dünya 21:36
Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır
Türkiyədə zəlzələ olub
Dünya 21:00
Türkiyədə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol