Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində 51 PUA vurulub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri son yeddi saat ərzində ölkə ərazisində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) vurub.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-lar yerli vaxtla saat 13:00-dan 20:00-dək zərərsizləşdirilib.
Qeyd olunur ki, 23 PUA Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, altısı Moskva vilayəti, biri isə Kalujsk vilayəti üzərində məhv edilib.
Son xəbərlər
Daha çox 