TikTok ABŞ-da insanları ixtisar etməyə davam edir

TikTok Shop ABŞ -da bir sıra təşkilati və kadr dəyişiklikləri çərçivəsində işçilərini ixtisar etməyə başlayıb. İxtisarlar əsas brendlərlə qarşılıqlı əlaqədə olan əsas qlobal müştərilərlə işləyən şöbə və bölmələrdə çalışan işçilərə təsir edəcək. Bu barədə şirkətin daxili xəbər bülleteni və anonim işçilərin sözlərinə istinadən Business Insider (BI) məlumat yayıb.
Elektron ticarət rəhbəri Mu Qinq tərəfindən göndərilən sənəddə deyilir ki, şirkət “komandanın uzunmüddətli inkişafı üçün daha səmərəli əməliyyat modelləri yaratmağın yollarını diqqətlə nəzərdən keçirdikdən” sonra dəyişiklikləri edib.
Çərşənbə günü səhər işçilər iş yerlərinin ixtisarı ilə bağlı bildirişlər almağa başlayıblar.
Bəzilərinə iki aylıq inzibati məzuniyyət və şirkətdə iş stajına görə əlavə kompensasiya daxil olmaqla, işdən çıxma paketi təklif olunub. Təsirə məruz qalan işçilərin dəqiq sayı açıqlanmır.
Kadr dəyişiklikləri TikTok-un ABŞ-dakı e-ticarət biznesi üçün çətin bir dövrə təsadüf edir. Tramp administrasiyasının tətbiq etdiyi yeni tariflərdən qaynaqlanan iqtisadi qeyri-müəyyənlik səbəbindən bu il bazarın satışları yavaşlayıb.
TikTok Shop-da müzakirə edilən dəyişikliklər aprel ayında e-ticarət idarəetmə komandasına təsir edən bir sıra ixtisarlardan sonra baş verir.
Gülnar