Özbəkistan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri planlaşdırılır.
Prezident bu barədə Özbəkistan Prezidentinin İlham Əliyevə təbrik məktubunda bildirib.
"Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaq", - məktubda qeyd olunub.
Politoloq Tural İsmayılov bildirir ki, Azərbaycanın Özbəkistanla kifayət qədər yüksək əlaqələri olub.
"Dəfələrlə Prezidentin Özbəkistana səfərləri olub. Eyni zamanda Özbəkistan rəhbəri Azərbaycana səfərlər edib. İki ölkə arasındakı münasibətlər təkcə çağdaş, siyasi dövrün və tarixin münasibətləri deyil, qarşılıqlı dostluq əlaqələrinə əsaslanan münasibətlərdir. Qarşılıqlı münasibətlər fonunda iki ölkə arasında Daşkənd bəyannəməsi imzalanıb. Bu Azərbaycan və Özbəkistan arasındakı münasibətləri növbəti bir mərhələyə daşımışdır. Eyni zamanda iki ölkə arasında kifayət qədər yaxşı əlaqələr sistemi mövcuddur/ Bundan sonrakı dövlərdə də həm iqtisadi həm, həm ticarət əlaqələrinin olması gözləniləndir",- politoloq vurğulayıb.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 