Ankara növbəti Rusiya-Ukrayna danışıqlarının da Türkiyədə keçirilməsini təklif edib

Rəsmi Ankara Rusiya ilə Ukrayna arasında növbəti danışıqların da Türkiyədə keçirilməsini təklif edib. Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında çıxışı zamanı bildirib.
O, danışıqların atəşkəs və sülhlə nəticələnməsinin zəruri olduğunu qeyd edərək, Türkiyənin bu prosesə hər cür dəstək verəcəyini vurğulayıb.
Hakan Fidan onu da əlavə edib ki, Rusiya tərəfi hazırda İstanbulda danışırlarda əldə edilən ikinci razılığa əsasən qarşılıqlı şərtlərin göndərilməsi üzrə işləri davam etdirir.
Son xəbərlər
Daha çox 