Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Cenevrədə keçirilə bilər

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Cenevrədə keçirilə bilər.Bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “FOX News” telekanalına açıqlamasında bildirib.
“Düşünürəm ki, Cenevrə tərəflərin hər üç liderinin: ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna başçısı Volodimir Zelenskinin iştirak edəcəyi növbəti dayanacaq ola bilər”, - Kelloq deyib.
O, həmçinin açıqlayıb ki, ABŞ administrasiyası Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını alıb.