Aİ Hindistanla birlikdə hərbi təlimlər keçirəcək

1–3 iyun tarixlərində Hindistan və Avropa İttifaqı Hind Okeanında Hərbi Dəniz Qüvvələrinin birgə hərbi təlimlərini keçirəcək.Bu barədə Avropa İttifaqının saytında məlumat verilib.
Bildirilib ki, taktiki manevrlərdə Hindistanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər, Aİ-nin Hərbi Qüvvələrinə aid iki hərbi freqat, eləcə də hərbi aviasiya heyətləri iştirak edəcək.
Təlimdə əsas diqqət Sakit okean regionunda təhlükəsizliyə, eləcə də piratçılıq və narkotik vasitələrin qanunsuz dövriyəsi ilə mübarizəyə yönəldiləcək.
Son xəbərlər
Daha çox 