ABŞ Ukraynanın NATO-ya üzvlüyünü nəzərdən keçirmir — Trampın xüsusi nümayəndəsi

ABŞ hazırda Ukraynanın NATO-ya üzvlüyünü nəzərdən keçirmir. Bunu prezident Donald Trampın xüsusi nümayəndəsi Kit Kellog bildirib.
O, alyansın 32 üzvünün yekdil razılığı olmadan bu məsələnin mümkün olmadığını vurğulayıb.
“Bu mövqedə tək deyilik. NATO-nun dörd dövləti də bizimlə eyni fikirdədir”, — Kellog deyib.
O əlavə edib ki, ABŞ, Almaniya, Fransa və Böyük Britaniya nümayəndələri iyunun 2-də İstanbulda olacaq və burada Rusiya və Ukrayna nümayəndələrinin görüşü baş tuta bilər.
Daha əvvəl Kellog Rusiyanın NATO-nun şərqə genişlənməsi ilə bağlı narahatlığını “anlaşılabilir” adlandırıb və Trampla Rusiya prezidenti Vladimir Putin arasında “güclü şəxsi münasibətlərin” formalaşdığını qeyd edib.
Həmçinin sosial şəbəkə X-də paylaşımında Kellog Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedevin mümkün üçüncü dünya müharibəsi barədə açıqlamalarını “məsuliyyətsiz” adlandırıb və qlobal münaqişə qorxusunu artırmağın “böyük dövlətin nümayəndəsi üçün uğursuz və yersiz bir şərh” olduğunu bildirib.
N.Təbrizli