• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Rusiya üçün sülh sazişi son şansdır -ABŞ

Rusiya üçün sülh sazişi son şansdır -ABŞ
30.05.2025 08:48

Ukrayna ilə bağlı təklif olunan saziş Rusiya üçün mümkün olan ən yaxşı imkandır. Bunu ABŞ-ın BMT-dəki səfiri Con Kelli bildirib.

Kelli Moskvanı sazişi qəbul etməyə çağırıb.

“Əgər Rusiya yanlış qərar verərsə və bu fəlakətli müharibəni davam etdirərsə, ABŞ sülh danışıqlarında iştirakını yenidən nəzərdən keçirməyə məcbur olacaq”, — o bildirib və əlavə edib ki, Rusiyaya qarşı əlavə sanksiyalar hələ də gündəlikdədir.

Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna prezidenti Vladimir Zelenski və onun tərəfdarlarını keçmiş ABŞ prezidenti Donald Trampı “aldatmaq və çaşdırmaq” cəhdində ittiham edib.

Nebenzya bildirib ki, “heç bir yeni anti-Rusiya sanksiyası Zelenski rejiminin məğlubiyyətinin qarşısını ala bilməyəcək” və əlavə edib ki, Moskva Kiyev münaqişəni uzatdığı və mülki infrastruktur obyektlərinə zərbələr endirdiyi müddətdə müharibəni davam etdirəcək.

Rusiya bu gecə  Odesa vilayətinə kütləvi hücum zamanı yeni qanadlı raketlər və pilotsuz uçuş aparatları tətbiq edib. Bunu Ukrayna monitorinq resursları bildirib.

Məlumata görə, "Şahed" dronları ilə yanaşı, yüksək partlayıcı-fraqmentasyon döyüş başlığına malik ən yeni "Banderol" qanadlı raketi də istifadə edilib. Ukrayna rəsmiləri əvvəllər bu raketin "İnoxodets" PUA-larından və gələcəkdə Mi-28N "Gecə ovçusu" döyüş helikopterlərindən buraxıla biləcəyini bildiriblər.

Raketin uçuş sürətinin 600 km/saat, uçuş məsafəsinin isə 500 kilometrə qədər olduğu qeyd olunur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp xalqa müraciət edəcək
Dünya 00:17
Tramp xalqa müraciət edəcək
Ukrayna ilə ABŞ arasında növbəti danışıqlar Mayamidə keçiriləcək
Dünya 23:30
Ukrayna ilə ABŞ arasında növbəti danışıqlar Mayamidə keçiriləcək
Ermənistan və Lüksemburq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünya 23:13
Ermənistan və Lüksemburq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
İranda yaşayış binası çöküb
Dünya 22:57
İranda yaşayış binası çöküb
Putinin Türkiyəyə səfəri gözlənilir
Dünya 21:15
Putinin Türkiyəyə səfəri gözlənilir
Ermənistanda hərbi xidmətin müddəti azaldılıb
Dünya 19:15
Ermənistanda hərbi xidmətin müddəti azaldılıb
Ukrayna 15 Rusiya vətəndaşını Belarusa qaytarıb
Dünya 18:53
Ukrayna 15 Rusiya vətəndaşını Belarusa qaytarıb
Polşada bazarda terror aktı planlaşdıran tələbə saxlanılıb
Dünya 16:04
Polşada bazarda terror aktı planlaşdıran tələbə saxlanılıb
Kamçatkada zəlzələ baş verib
Dünya 15:33
Kamçatkada zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol