Tramp Ərdoğanın İstanbul dəvətinə razılıq verib

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətinə müsbət cavab verdiyini, Putin və Zelenski ilə İstanbulda sülh danışıqları aparmağa açıq olduğunu bildirib.Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Prezident dəvətə açıq olduğunu bildirdi. Bununla belə, o, həm liderlərin, həm də nümayəndələrin birlikdə masa arxasında əyləşməsini istəyir”, - Livitt qeyd edib.