Mask ABŞ hökumətindən Trampla fikir ayrılığı səbəbindən ayrılıb

Milyarder Elon Mask ABŞ hökumətinin yeni DOGE idarəsinin rəhbəri postunu 130 günlük fəaliyyətindən sonra tərk edib. Bu qərar prezident Donald Trampla vergi siyasəti mövzusunda artan fikir ayrılığı fonunda verilib.
Rəsmi olaraq, Maskın istefası xüsusi təyinatlı əməkdaş statusunun müddətinin bitməsi ilə izah edilir.
Lakin mənbələrə görə, əsas səbəb onun Trampın təklif etdiyi və ABŞ büdcə kəsirini növbəti 10 ildə 3 trilyon dollar artıracaq vergi islahatını tənqid etməsi olub.
2024-cü il seçki kampaniyasının əsas dəstəkçisi və böyük donorlarından biri olan Mask dövlət xərclərinin artırılması planlarından məyus olduğunu deyib.
Maskın rəhbərliyi dövründə təxminən 260 min federal işçi, o cümlədən vergi xidmətinin əməkdaşları işdən çıxarılıb.
Yale Universitetinin hesablamalarına görə, bu, növbəti 10 ildə 323 milyard dollar vergi gəlirlərinin itirilməsinə səbəb olacaq.
Bu arada Maskın Tesla şirkətinin 2025-ci ilin ilk rübündə mənfəəti 71% azaıb və bu onun hökumət fəaliyyəti ilə bağlı etirazları və imic problemləri fonunda baş verib.
Analitiklər hesab edir ki, Trampla fikir ayrılığı iki keçmiş müttəfiq arasında uzunmüddətli uçuruma səbəb olub.
N.Təbrizli
Son xəbərlər
Daha çox 