ABŞ səfirliyi Ukraynadakı vətəndaşlara xəbərdarlıq edib

ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib.Bu barədə bəyanat Amerika səfirliyinin saytında dərc olunub.
“Rusiya son həftələrdə Ukraynaya qarşı raket və dron hücumlarının intensivliyini artırıb və əhəmiyyətli hava hücumları riski hələ də qalmaqdadır. ABŞ-nin Kiyevdəki səfirliyi ölkə vətəndaşlarını lazımi ehtiyatlı olmağa çağırır”, - bəyanatda deyilir.
Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ölkənin aerodromlarına edilən hücumlara cavab verəcəyini bəyan edib.
Son xəbərlər
Daha çox 