İrəvanda Matviyenkonun səfərinə qarşı etiraz aksiyası keçirilib

Bu gün Ermənistan Milli Assambleyası binası qarşısında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinə qarşı etiraz aksiyası keçirilib.Bu barədə Ermənistan KİV xəbər verir.
Aksiyanı “Respublika naminə” partiyasının lideri Arman Babacanyanın rəhbərlik etdiyi bir qrup qərbyönlü fəal təşkil edib.
Babacanyan çıxışı zamanı Rusiya əleyhinə şüarlar səsləndirib. Polis nümayəndəsi iştirakçılardan təhqiramiz ifadələr işlətməməyi və asayişi qorumağı tələb edib.
Valentina Matviyenko Rusiya parlamentinin nümayəndə heyətinin rəhbəri kimi İrəvana rəsmi səfər edib. Səfər çərçivəsində Ermənistan Milli Assambleyası ilə Rusiya Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığa dair konfrans keçirilir.
Son xəbərlər
Daha çox 