• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Polşanın Baş naziri bu gün etimad səsverməsi ilə üzləşəcək

Polşanın Baş naziri bu gün etimad səsverməsi ilə üzləşəcək
11.06.2025 15:04


Polşanın Baş naziri Donald Tusk bu gün günortadan sonra parlamentdə etimad səsverməsi ilə üzləşəcək.

Eimad səsverməsini elə Tusk özü çağırıb.

Qeyd edilib ki, Tuskın məqsədi ölkəni idarə etmək üçün aydın siyasi mandat nümayiş etdirmək və 2027-ci il parlament seçkiləri öncəsi siyasi gündəmi yenidən formalaşdırmaqdır.


Xatırladaq ki, Varşava şəhərinin liberal meri və Tuskın Mülki Platforma Partiyasındakı müavini Rafał Trzaskowski gözlənilmədən prezident seçkilərində müxalifətdə olan Hüquq və Ədalət Partiyasının (PiS) dəstəklədiyi sağ populist Karol Navrotskiyə uduzub.


Bugünkü səsverməyə hazırlıq dövrü isə koalisiyada şəxsi və ideoloji qarşıdurmaların və fikir ayrılıqlarının mövcudluğunu üzə çıxarıb. Əsas siyasətçilər hökumətin uğursuzluqları və vədlərin yerinə yetirilməməsinə görə bir-birini açıq şəkildə günahlandırıblar.


2023-cü ilin sonlarında hakimiyyətə gələn hökumət, Hüquq və Ədalət Partiyasının səkkiz illik hakimiyyəti dövründə zəiflədilən demokratik nəzarət və tarazlıqları bərpa etməyi vəd etsə də mühafizəkar president Dudanın veto hüququ bu vədləri gerçəkləşdirməyə imkan verməyib. İndi isə beş illik müddətə seçilmiş Navrotski ilə qarşı-qarşıya qalan hökumət ya onunla əməkdaşlıq etməyi, ya da tam siyasi ifliclə üzləşməyi öyrənməli olacaq.


Kağız üzərində baxıldıqda, liberal koalisiyanın 460 yerlik parlamentdə 242 deputatla aydın çoxluğu var.


Lakin bəzi koalisiya üzvləri baş nazirdən narazı olduqlarını və hökumətin əsas heyətində və prioritetlərində ciddi dəyişikliklər görmək istədiklərini bildiriblər. Digər məlumatlara görə, PiS liderləri bəzi deputatlarla əlaqə saxlayaraq parlamentdə sağçı əksəriyyət yaratmaq üçün alternativ yollar axtarırlar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşəcək
Dünya 23:45
Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşəcək
BƏƏ İrana uçuşları ləğv edib
Dünya 23:10
BƏƏ İrana uçuşları ləğv edib
Rza Pəhləvi Trampa çağırış edib
Dünya 23:00
Rza Pəhləvi Trampa çağırış edib
Rubio və Rütte Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsini müzakirə ediblər
Dünya 22:15
Rubio və Rütte Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsini müzakirə ediblər
Tbilisidə ticarət mərkəzində yanğın baş verib
Dünya 21:38
Tbilisidə ticarət mərkəzində yanğın baş verib
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasa gedib
Dünya 20:56
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasa gedib
İmamoğlunun həbs müddəti uzadıllb
Dünya 20:35
İmamoğlunun həbs müddəti uzadıllb
Əraqçi “Hizbullah” lideri ilə görüşüb
Dünya 19:57
Əraqçi “Hizbullah” lideri ilə görüşüb
ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib
Dünya 19:15
ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol