Tramp Rusiyaya sanksiyalar tətbiq etməlidir - Zelenski

ABŞ prezidenti Donald Tramp Moskvanı danışıqlar masasına oturtmaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir. Bunu Ukrayna lideri Vladimir Zelenski Bild-ə müsahibəsində deyib.
"Düşünürəm bütün dünyada sülhü bərpa etməkdən vacib heç nə ola bilməz. Tramp sanksiyalar tətbiq etməlidir ki, Putin dərhal desin: "Gəlin müharibəni bitirmək haqqında danışaq". Əks halda, bu, işləməyəcək”, - Zelenski bildirib.
Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralından müharibə davam edir. ABŞ hazırkı prezidenti danışıqlar nəticəsində müharibənin dayandıracağına söz versə də heç bir nəticə əldə edə bilməyib.
Gülnar