• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Hindistanda qəzaya uğrayan təyyarədə Britaniya vətəndaşı sağ qalıb -Yenilənib

Hindistanda qəzaya uğrayan təyyarədə Britaniya vətəndaşı sağ qalıb -Yenilənib
12.06.2025 18:39

Xilasedicilər Hindistanın “Air India” aviaşirkətinə aid təyyarənin qəzaya uğradığı yerdə bir nəfərin sağ qaldığını müəyən edib.Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Müəyyən edilib ki, qəzadan xilas olan şəxs 40 yaşlı, Hindistan əsilli Böyük Britaniya vətəndaşı Vişvaskumar Rameşdir.

17:30

Hindistanda Air India Boeing 787 təyyarəsinin qəzaya uğradığı yerdə 204 cəsəd tapılıb.

Eyni zamanda 41 nəfər xəstəxanaya çatdırılıb.

14:24

Hindistanda baş verən  təyyarə qəzasında 110 nəfər ölüb. Bu barədə Hindistan mətbuatı yazıb. 

"Əhmədabadda təyyarə qəzasında 110 nəfərin öldüyü təsdiqlənib", - məlumatda deyilir.

Təyyarədə 169 Hindistan vətəndaşı və 61 xarici ölkə vətəndaşı olub. Bildirilir ki, təyyarədə 53 Britaniya , bir Kanada və yeddi Portuqaliya vətəndaşı olub. Bundan başqa, təyyarənin göyərtəsində 217 böyük və 11 uşağın olduğu məlum olub.

İyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat ştatının Meqaninaqar rayonunda Air India şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Gülnar 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdən Qəzza zolağına daha 117 humanitar yardım maşını göndərilib
Dünya 16:51
Misirdən Qəzza zolağına daha 117 humanitar yardım maşını göndərilib
Gürcüstanda çoxmillətli “Agile Spirit” hərbi təlimi başlayıb
Dünya 10:04
Gürcüstanda çoxmillətli “Agile Spirit” hərbi təlimi başlayıb
Avropa Rusiya qazından bir il tez imtina edə bilər
Dünya 22:27
Avropa Rusiya qazından bir il tez imtina edə bilər
ABŞ-ın yardım paketindən sonra ilk Patriot sistemi Ukraynaya çatdırılıb — The Telegraph
Dünya 14:40
ABŞ-ın yardım paketindən sonra ilk Patriot sistemi Ukraynaya çatdırılıb — The Telegraph
Kreml: Putin və Zelenski arasında görüş yaxın vaxtlarda baş tutmaya bilər
Dünya 14:35
Kreml: Putin və Zelenski arasında görüş yaxın vaxtlarda baş tutmaya bilər
Əkrəm İmamoğlu həbsxanadan xəstəxanaya aparılıb
Dünya 14:29
Əkrəm İmamoğlu həbsxanadan xəstəxanaya aparılıb
Ermənistanda rus hərbçisinin meyiti tapılıb
Dünya 07:33
Ermənistanda rus hərbçisinin meyiti tapılıb
Erməni sərhədçi intihar edib
Dünya 07:30
Erməni sərhədçi intihar edib
“Starlink”dəki nasazlığa proqram təminatı səbəb olub
Dünya 07:28
“Starlink”dəki nasazlığa proqram təminatı səbəb olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol