İran BMT-dən təcili iclas keçirilməsini tələb edir

İran BMT-dən təcili Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Bu barədə İRNA agentliyi məlumat yayıb.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan Am Kelavi (Şir kimi millət) əməliyyatına başladığını elan edib.
Yəhudi dövlətinin ordusu daha sonra Tehran və Natanz da daxil olmaqla bir sıra şəhərlərdəki hədəflərə zərbələr endirib . Hədəflər arasında hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yaşadığı yaşayış kompleksləri olub.
Gülnar