İsrail peşman olacaq - İran prezidenti

Tehranın güclü və qanuni cavabı İsraili 13 iyun hücumlarına görə peşman edəcək. Bunu İran lideri Məsud Pezeşkian deyib.
“İran regionda və bütün dünyada sülhün qorunması üçün ardıcıl olaraq qlobal səylər göstərdiyi və sülhün təmin edilməsinə yönəlmiş dialoqa hazır olduğunu sübut etdiyi kimi, təcavüzə cavab vermək və ölkənin ərazi bütövlüyünü qorumaq üçün də fəaliyyət göstərəcək”, - Pezeşkian bildirib.
Eyni zamanda İran lideri vətəndaşlara söz verib ki, ölkədə gündəlik həyat pozulmayacaq və onun ritmi olduğu kimi qalacaq. Bunun fonunda o, İrana qarşı psixoloji müharibənin aparıldığını bəyan edib və sakinləri düşmən mesajlarına məhəl qoymamağa çağırıb.
İyunun 13-nə keçən gecə İsrail hərbçiləri İrana qarşı əməliyyata başlayıb , İslam Respublikasının bir neçə məskunlaşdığı məntəqələrdə hədəflərə zərbələr endirib. Hədəf İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Tehrandakı qərargahı olub.
Vəziyyəti şərh edən İran hökuməti yəhudi dövlətinin hücumuna sərt cavab verəcəyini vəd edib.
Aytac