• $ 1.7
  • € 1.9573
  • ₽ 0.021384
  • ₺ 0.0434
  • £ 2.3086

İsrailin İrana hücumu davam edir - SON XƏBƏRLƏR

İsrailin İrana hücumu davam edir - SON XƏBƏRLƏR
14.06.2025 09:05

İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək

 

İran ordusu İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir və onu müdafiə etmək qərarına gələn ölkələrin Yaxın Şərqdəki bazalarına zərbələr endirməyə hazırdır.Bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.

“İsraili İranın edəcəklərindən qorumağa çalışan istənilən ölkə onun regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, - deyə İran rəsmisi bildirib.

 

***

İranın hücumundan sonra Təl-Əvivdə bina çöküb - Video

 

İranın son raket hücumu zamanı düşən raketlərdən biri Tel-Əvivdə hündürmərtəbəli yaşayış binasının çökməsinə səbəb olub.Bu barədə yerli KİV xəbər verir.

Hazırda xilasedicilərin şəhərin raket zərbələrinə məruz qalan ərazilərində axtarış-xilasetmə əməliyyatları apardığı bildirilir.

 

***

İsrail İranın raket hücumuna başladığını elan edib - Video

İranın İsrailə cavab hücumu nəticəsində paytaxt Tel-Əvivdə partlayışlar baş verib, ölənlər var.Bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

İlkin məlumata görə, İrandan atılan raketlər nəticəsində Tel-Əvivdə Müdafiə Nazirliyinin qərargahı yaxınlığında yanğın baş verib.

***

İran İsrailə raket hücumuna başlayıb.Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki,İrandan İsrailə doğru 100-dən çox ballistik raket atılıb.

 

20:53

İsrail İranın Fordodakı nüvə obyektinə zərbələr endirib - Video

 

İsrail İranın Fordo nüvə mərkəzinə zərbələr endirib.Bu barədə “Tasnim” məlumat yayıb.

 

19.23

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran rəsmiləri onunla əlaqə saxlayaraq Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmək istədiklərini deyib.

 

“Onlar vaxtilə saziş imzalamaq fürsətini əldən verib. Ola bilsin, indi yeni bir fürsətləri olsun. Baxarıq”, —  Tramp NBC News-a müsahibəsində bildirib.

 

İsrailin hava zərbələrindən sonra məhz indi İranın sazişə maraq göstərməsinin səbəbi barədə suala cavab verən Tramp qeyd edib ki,  “onlar mənə zəng edib saziş haqqında danışmaq istəyirlər”.

 

_________

19.11

İsrail İran komandirlərinin zərərsizləşdirilməsini davam etdirir 

İsrailin hava hücumları nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Davud Şeyxiyan öldürülüb. Bu barədə İran mediası məlumat yayıb.

 

 

İsrail Müdafiə Qüvvələri (IDF) daha əvvəl bəyan edib ki, onların qırıcı təyyarələri SEPAH-ın yüksək rütbəli komandirlərinin olduğu komanda mərkəzinə kompleks hücum həyata keçirib.

 

Onların arasında SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə də olub.

 

______________

İran bütün daxili beynəlxalq uçuşları dayandırıb

 

İranın Mülki Aviasiya Təşkilatı ölkədə bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını açıqlayıb.Bu barədə “Fars” agentliyi məlumat yayıb.

___________

18.36

İsrailin rəsmi hökumət təyyarəsi Afinaya köçürülüb 

 

 İsrail rəhbərliyinin rəsmi səfərləri üçün istifadə olunan hökumət təyyarəsi Afinada eniş edib, Yunanıstanın newsbreak.gr portalı məlumat yayıb.

 

 

Mənbəyə görə, "Sionun Qanadı" (Wing of Zion) adlanan təyyarə İranın mümkün cavab hücumu təhlükəsi fonunda təhlükəsizlik məqsədilə Yunanıstana göndərilib.

 

Daha əvvəl təyyarənin Kiprə göndərilə biləcəyi bildirilib, lakin yerli hakimiyyət orqanları bu məlumatı təkzib edib.

________

18.15

Fransa İsrailin özünü müdafiə hüququnu tanıyır - Makron

 

Fransa Prezidenti Emmanuel Makron İranın nüvə obyektlərinə aviazərbələrdən sonra Fransanın İsrailin özünü müdafiə hüququnu tanıdığını bəyan edib.

 

"Paris İsrailin təhlükəsizliyini təmin etmə və özünü müdafiə etmə hüququnu bir daha təsdiqləyir", – Makron X sosial şəbəkəsində yazıb.

 

O bildirib ki, Fransa İranın davam edən nüvə proqramını dəfələrlə pisləyib və bu istiqamətdə diplomatik addımlar atıb.

 

Makron tərəfləri maksimal təmkin göstərməyə və gərginliyi azaltmağa çağırıb.

 

______________

18.11

ABŞ İranın cavab zərbələri ehtimalı fonunda Yaxın Şərqə hərbi qüvvələr göndərir

 

 ABŞ İsrailin hava zərbələrinə cavab olaraq İranın mümkün hücumunun qarşısını almaq üçün hərbi qüvvələrini  Yaxın Şərqə yönəldir. Bu barədə Associated Press xəbər verir.

 

Məlumata görə, USS Thomas Hudner esminesi Şərqi Aralıq dənizi istiqamətinə hərəkət etmək  əmri alıb.

 

_________________

17.33

İsrail Azərbaycan sərhədi yaxınlığındakı hərbi obyekti bombalayıb 

 

İran mediasının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Azərbaycanın sərhədinə yaxın yerləşən Ərdəbil vilayətinin Xoruzlu kəndindəki hərbi radiolokasiya obyektinə aviazərbə endirib.

 

Zərbə İranın şimal sərhədi boyunca hava məkanına və hərəkətlərə nəzarət edən hərbi infrastruktura nadir bir müdaxilə kimi qiymətləndirilir.

 

İran rəsmiləri tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama və ya itkilər barədə məlumat verilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışlar və tüstü müşahidə olunur.

 

İsrail tərəfi hadisəyə dair şərh verməyib. Bu hücum, İsrailin İranın hərbi və nüvə obyektlərinə qarşı ölkəboyu həyata keçirdiyi daha geniş aviazərbə kampaniyasının tərkib hissəsidir.

-----------------------

17.07

İran dövlət mediası cümə günü bildirib ki, İsrailin gecə saatlarında endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin əməliyyatlar üzrə rəis müavini general-mayor Mehdi Rabbani həyat yoldaşı və övladları ilə birlikdə həlak olub.

 

İsrail mediasının məlumatına görə, İsrail Müdafiə Qüvvələri (IDF) İranın raket infrastrukturu üzrə dəqiq hədəflənmiş zərbələr həyata keçirib. Onlarla yer-yer tipli raketlərin buraxılış qurğuları və anbarları məhv edilib.

 

Məlumatlara görə, qərbi İranda zərbəyə məruz qalan obyektlərdən birində konteynerlərə yerləşdirilən xüsusi buraxılış qurğusu aşkarlanıb.

 

“Bütün münaqişə ərzində İran rejimi İsrail ərazisinə yüzlərlə yer-yer tipli raket buraxıb. Bu raketlərin məhv edilməsi İsrail vətəndaşlarının müdafiəsi baxımından həyati əhəmiyyət daşıyır”, –  İsrail mənbələri bildirib.

 

Mənbələr qeyd edir ki, İranın hava hücumundan müdafiə qabiliyyəti ciddi şəkildə zəifləyib.

 

Təbriz və Mehrabad şəhərlərində MiQ-29 təyyarələrinin anqarlarının məhv edilməsindən sonra yalnız bir “Tomkət” qırıcı batalyonunun fəaliyyətdə qaldığı bildirilir.

 

“İran rejiminin minlərlə kilometr məsafəni vura bilən raketləri mövcuddur. Bu silahların İran rejiminin əlində qalması region və dünya üçün təhlükə yaradır”, –  İsrail mediası xəbər verir.

 

Azərbaycanın İrandakı səfirliyi normal rejimdə işləyir

 

Azərbaycanın İrandakı səfirliyi normal rejimdə fəaliyyətini davam etdirir. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin sözşüsü Ayxan Hacızadə məlumat verib. 

_________

16.42

İsrailin Təbrizə zərbəsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb — İran mediası

 

İranın şimal-qərbində yerləşən Təbriz şəhərində İsrailin hava hücumu nəticəsində azı 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Bu barədə yarırəsmi Mehr xəbər agentliyi məlumat yayıb.

 

Hadisə barədə məlumatı Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsi təsdiqləyib.

 

İsrail tərəfi hücumla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

_____________

İsrail Hərbi Hava Qüvvələrinin hava hücumları nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin varisi olan İsmayıl Qaani öldürülüb. Onun ölümü əvvəlcə İsrail mediası tərəfindən, daha sonra isə İran rəsmiləri tərəfindən təsdiqlənib.

 

 

Bu arada, Qərbi İranda yerləşən Həmədan vilayətində partlayışlar qeydə alınıb. Məlumata görə, İsrail aviasiyası Kabudərhəngdəki Nocə hərbi hava bazasını hədəfə alıb.

 

Həmçinin, İsrailin cənubdakı Bəndər-Buşehr limanına hava zərbələri endirdiyi bildirilir. Daha sonra Təbriz şəhərində də partlayışlar baş verdiyi barədə məlumat yayılıb.

 

İsrail tərəfi hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin İrana hücumu davam edir - SON XƏBƏRLƏR
Dünya 09:05
İsrailin İrana hücumu davam edir - SON XƏBƏRLƏR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol