Netanyahu Putinlə söhbət etməyə hazırlaşır

İsrailin baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətindədir. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
İsrail Nazirlər Kabinetinin rəhbəri cümə günü ABŞ prezidenti Donald Trampla da telefon danışığı aparmağı planlaşdırır.
İyunun 13-də Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov bəyan edib ki, Rusiya Yaxın Şərqdə gərginliyin azaldılmasında maraqlıdır və İran və İsrailə gərginləşən münaqişədə sülhməramlı kimi çıxış etməyi təklif edə bilər.
Cümə günü İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib, SEPAH komandiri Hossein Salami və bir neçə nüvə alimi öldürülüb. Netanyahu hücumun İranın nüvə infrastrukturunu hədəf aldığını təsdiqləyib.
Aytac
Son xəbərlər
Daha çox 