Çin Azərbaycana İrandan vətəndaşlarının təxliyəsinə görə təşəkkür etdi

Çin Xarici İşlər Nazirliyi İranda baş verən silahlı qarşıdurma fonunda vətəndaşlarının təxliyəsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Bu barədə nazirliyin sözçüsü Qo Ciaqün Pekində keçirilən brifinqdə məlumat verib.
“O vətəndaşlarımızın təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr bizə əhəmiyyətli dəstək göstərdi. Biz onlara səmimi təşəkkür edirik,” — o bildirib.
İyunun 21-nə olan məlumata görə, 740-dan çox Çin vətəndaşı İranı tərk edərək Azərbaycanın Astaradakı sərhəd-keçid məntəqəsindən keçib.
N.Təbrizli