ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib - Yenilənib

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.Bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
ABŞ-nin İraqdakı bazasında da partlayışlar olduğu bildirilir.
Bundan əvvəl İranın “Qələbə xəbərləri” əməliyyatı həyata keçirdiyi və bu əməliyyat çərçivəsində digər ölkələrdəki ABŞ hərbi obyektlərinə cavab zərbələri endirildiyini bildirilib.
***
Qətər hava hücumundan müdafiə qüvvələri ABŞ-nin “Əl-Udeid” hərbi bazasına raket hücumunun qarşısını alıb.Bu barədə “Əl-Cəzirə” televiziyası müdafiə nazirinə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum zamanı ölən və ya yaralanan yoxdur.
***
İran ABŞ-ın Qətərdəki bazalarına 10 raket zərbəsi endirib.Bu barədə “Axios” nəşri məlumat yayıb.
Hazırda paytaxt Dohada partlayış səslərinin eşidildiyinə dair iddialar var.
Hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilir