İran və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

İranın müdafiə naziri Əmir Hətəmi rusiyalı həmkarı Andrey Belousovla telefon danışığı aparıb.Bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.
Hətəmi bildirib ki, Tehran İran ərazisinə zərbələr endirənləri bütün vasitələrlə cəzalandırmağa qərar verib.
Əmir Nəsirzadə Rusiyaya dəstəyinə görə təşəkkür edib və bildirib ki, İran təkcə İsrailə qarşı deyil, həm də ABŞ və bu rejimin bütün tərəfdarlarına qarşı mübarizə aparır.
"Bizim qərarımız təcavüzkarı bütün vasitələrlə cəzalandırmaqdır və biz zorla qəbul etdirilən sülhü qəbul etməyəcəyik", – İranın müdafiə naziri əlavə edib.