Ərdoğan Niderlanda səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının iclasında iştirak etmək üçün sabah Niderlanda gedəcək.Bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib.
O qeyd edib ki,Ərdoğan səfər çərçivəsində dövlət və hökumət başçıları ilə görüşəcək.