• $ 1.7
  • € 1.9536
  • ₽ 0.021656
  • ₺ 0.0428
  • £ 2.2797

İsrail və İran məndən sülh üçün vasitəçilik istəyib -Tramp

İsrail və İran məndən sülh üçün vasitəçilik istəyib -Tramp
24.06.2025 09:12

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və İran ona eyni vaxtda  müraciət edərək münaqişənin dayandırılmasında və Yaxın Şərqdə sülhün bərqərar edilməsində kömək istəyiblər.

“İsrail və İran mənə demək olar ki, eyni vaxtda müraciət etdilər və dedilər ki, ‘Sülh!’ Mən bildim ki, vaxt yetişib. Sülh və Yaxın Şərq — əsl QALİBLƏR bunlardır!”, — Tramp  Social hesabında yazıb.

O əlavə edib ki, hər iki ölkəni gələcəkdə “böyük sevgi, sülh və rifah” gözləyir. Lakin xəbərdarlıq edib ki, “doğru və haqq yolundan çıxarlarsa, çox şey qazana, amma çox şey də itirə bilərlər”. “Tanrı onları qorusun”, — o vurğulayıb.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, tərəflər tam atəşkəs barədə razılığa gəliblər. Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, 12 saat sonra isə İsrail.

Tramp hesab edir ki, bu, 12 günlük müharibənin sonu olacaq.

Reuters agentliyinə danışan Ağ Evin nümayəndəsi bildirib ki, Tramp iyunun 23-də İsrailin baş naziri Benyamin Netanyahuyla telefon danışığı zamanı atəşkəs razılaşması əldə edib.

Paralel olaraq, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkof İran rəsmiləri ilə birbaşa və dolayı məsləhətləşmələr aparıblar.

Mənbənin sözlərinə görə, İsrail yalnız İranın yeni zərbələr endirməyəcəyi təqdirdə atəşkəsə razılıq verib. Tehran isə hərbi əməliyyatları davam etdirməyəcəyini bəyan edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir İran və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Dünya 13:50
Misir İran və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
İran səfiri Qətər XİN-ə çağırılıb
Dünya 13:32
İran səfiri Qətər XİN-ə çağırılıb

İran atəşkəsi pozması barədə məlumatı təkzib edib
Dünya 13:25
İran atəşkəsi pozması barədə məlumatı təkzib edib

İsrailə İrana yeni raket hücumu edib- SON XƏBƏRLƏR
Dünya 11:50
İsrailə İrana yeni raket hücumu edib- SON XƏBƏRLƏR
İranın Qətərdəki ABŞ bazasına zərbəsi oyunun qaydalarını dəyişir -Asia Times
Dünya 10:39
İranın Qətərdəki ABŞ bazasına zərbəsi oyunun qaydalarını dəyişir -Asia Times

Netanyahunun ofisi atəşkəslə bağlı qərarınıaçıqlayıb
Dünya 10:34
Netanyahunun ofisi atəşkəslə bağlı qərarınıaçıqlayıb

İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Dünya 10:10
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
ABŞ bazası yaxınlığında partlayış baş verib
Dünya 09:25
ABŞ bazası yaxınlığında partlayış baş verib
Ukrayna dronu Moskva ətrafında yaşayış binasına dəyib
Dünya 09:21
Ukrayna dronu Moskva ətrafında yaşayış binasına dəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol