Netanyahu: İsrail "tarixi qələbə" qazanıb

İsrail İrana qarşı müharibədə nəsillərin yaddaşında qalacaq "tarixi qələbə" qazanıb.Bunu Baş nazir Benyamin Netanyahu xalqa videomüraciətində deyib.
"Biz nəsillər boyu qalacaq tarixi qələbəyə nail olduq. Biz iki ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə bombalarının və 20 min ballistik raketin məhv edilməsini", - Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail İranın nüvə layihəsini dondurub.
"Mən onilliklər ərzində İranın nüvə silahına sahib olmayacağına söz vermişdim və indi qırıcılarımızın hərəkətləri sayəsində biz İranın nüvə layihəsini basdırmışıq. Əgər kimsə bu layihəni canlandırmaq istəsə, biz də bu cür cəhdi dayandırmaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - baş nazir qeyd edib.