İran AEBA ilə əməkdaşlığı dayandırır

İran Konstitusiyasının Keşikçilər Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa son qoymaq üçün parlamentin qəbul etdiyi qanun layihəsini təsdiqləyib.Bu barədə İran mediası məlumat yayıb.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Keşikçilər Şurasının təsdiqindən sonra AEBA ilə əməkdaşlığı dayandıran qanunu rəsmən qəbul edib.
“AEBA ilə əməkdaşlıq yalnız nüvə obyektlərimizin təhlükəsizliyi təmin edildikdən sonra mümkündür”, - İran parlamentinin sədri qeyd edib.
Son xəbərlər
Daha çox 