ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb - Yenilənib

ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.Bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.
Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, qızlar üçün yay düşərgəsindən azı 20 nəfər itkin düşüb.
Qubernator Qreq Abbott bir neçə əyalətdə fövqəladə vəziyyət elan edib və itkin düşmüşlər siyahısında olaların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz aparılacağını bildirib. ABŞ Sahil Mühafizəsi sakinlərin təxliyyəsinə kömək edir.
***
ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının daşması nəticəsində nəticəsində azı 13 nəfər ölüb.Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Texasdakı yay düşərgəsindən azı 20 qız itkin düşüb. NYT-nin məlumatına görə, hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.