Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, günün ikinci yarısına planlaşdırılan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib.
Dünəndən etibarən PUA hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo, Peterburqun Pulkovo hava limanlarında uçuşlar məhdudlaşdırılıb. Təkcə dünən Şeremetyevo hava limanında 174 reys təxirə salınıb. Onminlərlə sərnişin hava limanlarında qalıb.