ABŞ Ukraynaya silah tədarükünü bərpa edib

ABŞ prezidenti Donald Tramp Ukraynaya silah və hərbi texnika tədarükünün bərpa olunduğunu təsdiqləyib.
“Biz Ukraynaya müəyyən müdafiə silahları göndəririk və mən bunu təsdiqləmişəm,” – Tramp kabinet iclasında deyib.
Dövlət Departamentinin sözçüsü Təmmi Bryusun sözlərinə görə, ABŞ Ukraynaya dəstəyi heç vaxt dayandırmayıb və bu istiqamətdə işləri davam etdirəcək.
Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında Patriot sistemləri üçün 10 raket göndəriləcəyini və əlavə tədarük kanallarının araşdırılacağını bildirib.
Pentaqon da prezidentin göstərişi ilə Kiyevə yeni müdafiə vasitələrinin göndəriləcəyini təsdiqləyib.
Kreml silah tədarükünün danışıqlar yolu ilə nizamlanmaya töhfə vermədiyini bəyan edib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 