Ərdoğan sabah Şimali Kiprə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Şimalı Kipr Türk Respublikasına (ŞKTR) səfər edəcək.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhənəddin Duran sosial media səhifəsində bildirib.
Məlumata görə, Ərdoğan Sülh və Azadlıq Bayramı Kipr Sülh Əməliyyatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərə qatılacaq, ŞKTR Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin töhfələri ilə həyata keçiriləcək bəzi layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edəcək.