Ukrayna Rusiyaya danışıqların yeni raundunu təklif edib

Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə gələn həftə danışıqların növbəti raundunun keçirilməsini təklif edib.Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yayımladığı videomüraciətdə məlumat verib.
Dövlət başçısının sözlərinə görə, müvafiq təklif İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov tərəfindən səsləndirilib.
"Danışıqların dinamikasını artırmaq lazımdır", – deyə Zelenski vurğulayıb.