İran hava hücumundan müdafiə sistemlərini yeniləyib

İran silahlı qüvvələri İsraillə 12 günlük müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə sistemlərini əvəz edərək, ən qısa müddətdə ölkənin müdafiə qabiliyyətini bərpa edə bilib.Bu barədə İran ordusunun komandanının müavini admiral Mahmud Musəvi bildirib.
“İsrail İranın müdafiə imkanlarını məhv etməyə çalışdı və bu müharibədə bəzi sistemlərimiz zədələndi, lakin yoldaşlarımın səyləri sayəsində zədələnmiş sistemlər dəyişdirilərək əvvəlcədən seçilmiş yerlərə yerləşdirildi. İsrailin ilk zərbələri xüsusi olaraq hava hücumundan müdafiə sistemlərinə və digər müdafiə strukturlarına yönəlib, lakin İran hərbi qulluqçuları düşmənlə gecə-gündüz üz-üzə gəldi və hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığını təmin etdi və bu, qarşı tərəfin məqsədlərinə çatmasına mane olub", - Musəvi qeyd edib.