Qanalı nazirlər helikopter qəzasında ölüb

Qananın müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopterin qəzaya uğraması nəticəsində həlak olub.Bu barədə “Ghanaweb” xəbər portalı Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Julius Debraya istinadən məlumat yayıb.
Ölkənin cənubunda Akrofuon şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. Baş Qərargah rəisi bildirib ki, iki nazir də daxil olmaqla 4 nəfər həlak olub.
Son xəbərlər
Daha çox 