• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib

Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
07.08.2025 16:49

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşün mümkün olduğunu deyib. O, ABŞ prezidenti Donald Trampla görüşün yaxın günlərdə baş tutacağını və görüş yerinin artıq razılaşdırıldığını bildirib.

Putinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri Trampla görüş üçün “uyğun məkanlardan biridir”. Rusiya və ABŞ rəsmiləri görüşün "yaxın günlərdə" keçiriləcəyini təsdiqləyib.

Bloomberg-in məlumatına görə, Tramp bu görüş zamanı Ukraynada atəşkəs imkanlarını, o cümlədən “ərazilərin mübadiləsi” məsələsini müzakirəyə çıxarmağı planlaşdırır.

ABŞ-ın Rusiya ilə diplomatik təmaslarının fəallaşdığı, o cümlədən Qərb sanksiyalarının qismən azaldılması və NATO genişlənməsinə yazılı təminatların verilməməsi məsələlərinin müzakirə olunduğu bildirilir.

Ukrayna prezidenti Zelenski isə bildirib ki, görüş yalnız real atəşkəs və davamlı sülhə nail olmaq məqsədilə keçirilməlidir.

O, bu istiqamətdə ABŞ və Avropa liderləri ilə məsləhətləşmələr apardığını qeyd edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

Daha bir azərbaycanlı Rusiyada həlak olub
Dünya 12:49
Daha bir azərbaycanlı Rusiyada həlak olub
Pezeşkian Qazaxıstana gedəcək
Dünya 12:40
Pezeşkian Qazaxıstana gedəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol