• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Türkiyədə güclü zəlzələ qeydə alınıb - Video - Yenilənib

Türkiyədə güclü zəlzələ qeydə alınıb - Video - Yenilənib
10.08.2025 23:30

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

 

22:35

 

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində bir bina dağılıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyat davam edir.Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

O, qeyd edib ki, hazırda xilasetmə işləri davam etdirilir.

 

22:06

 

Türkiyədə zəlzələlərdən sonra üç maqnitudadan yuxarı 7 afterşok qeydə alınıb.Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbiət hadisələri Manisa, İzmir, Uşak və Bursa vilayətlərində hiss olunub. Hazırda axtarış-xilasetmə tədbirləri davam edir.

 

21:46

 

Balıkəsir şəhərində 6,1 maqnitudalı zəlzələ baş verib, İstanbul, Trakya və İzmir də daxil olmaqla bir sıra bölgələrdə hiss olunub, – “TRT Haber” xəbər verir.

Yeraltı təkanlar 11 kilometr dərinlikdə qeydə alınıb və təxminən 20 saniyə davam edib. Zəlzələnin fəsadları barədə hələ məlumat yoxdur.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında yazıb ki, Balıkəsirin Sındırgı rayonunda baş verən təkanlardan sonra AFAD və aidiyyəti qurumlar dərhal araşdırmalara başlayıb: “Hazırda mənfi hadisə qeydə alınmayıb, vəziyyəti izləyirik

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Dünya 16:54
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
Dünya 16:34
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

Daha bir azərbaycanlı Rusiyada həlak olub
Dünya 12:49
Daha bir azərbaycanlı Rusiyada həlak olub
Pezeşkian Qazaxıstana gedəcək
Dünya 12:40
Pezeşkian Qazaxıstana gedəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol