Lavrov Alyaskaya üstündə “SSRİ” yazılmış sviterdə gəlib - VİDEO
Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Alyaskaya səfər edib.
Bu səfər Prezident Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüş ərəfəsində baş tutub.
Lavrovun Ankorecə çatdığı zaman əynində üstündə “SSRİ” yazılmış tünd rəngli sviter olub.
O, rusiyalı reportyora qısaca Alyaskada daha əvvəl də olduğunu deyib və otelə girib.
Səfərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
N.Təbrizli
Son xəbərlər
Daha çox