• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Almaniya kansleri Vaşinqtona səfər edəcək

Almaniya kansleri Vaşinqtona səfər edəcək
17.08.2025 15:10

Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək.Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

"Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır", - o qeyd edib.

Kornelius Mertsin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatını müzakirə edəcəyini və Almaniyanın sülh sazişinin mümkün qədər tez bağlanmasında maraqlı olduğunu vurğulayıb.

Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, təhlükəsizlik təminatları, ərazi məsələləri və Ukraynaya gələcək dəstək müzakirə olunacaq: “Bura sanksiyalar təzyiqinin saxlanması da daxildir”.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak edəcəyini təsdiqləyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu Qəzzada "sonsuz müharibə" barədə xəbərdarlıq etdi
Dünya 17:15
Netanyahu Qəzzada "sonsuz müharibə" barədə xəbərdarlıq etdi
Almaniya kansleri Vaşinqtona səfər edəcək
Dünya 15:10
Almaniya kansleri Vaşinqtona səfər edəcək
İndoneziyada baş verən zəlzələdə 30-a yaxın insan xəsarət alıb
Dünya 14:40
İndoneziyada baş verən zəlzələdə 30-a yaxın insan xəsarət alıb
ABŞ-ın 2 ştatı Vaşinqtona Milli Qvardiya əsgərlərini göndərəcək
Dünya 14:34
ABŞ-ın 2 ştatı Vaşinqtona Milli Qvardiya əsgərlərini göndərəcək
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 13:55
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
İsrail Husilərə məxsus enerji obyektinə zərbələr endirib
Dünya 10:39
İsrail Husilərə məxsus enerji obyektinə zərbələr endirib
Qazaxıstan ilk meteoroloji raketi sınaqdan keçirəcək
Dünya 09:15
Qazaxıstan ilk meteoroloji raketi sınaqdan keçirəcək
Dəməşqin mərkəzində partlayış baş verib
Dünya 00:03
Dəməşqin mərkəzində partlayış baş verib
Zelenski sülh müqabilində Donbası Rusiyaya verməkdən imtina edib
Dünya 22:50
Zelenski sülh müqabilində Donbası Rusiyaya verməkdən imtina edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol