Avropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər

Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək.Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
"Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır", - o qeyd edib.
Kornelius Mertsin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatını müzakirə edəcəyini və Almaniyanın sülh sazişinin mümkün qədər tez bağlanmasında maraqlı olduğunu vurğulayıb.
Almaniyanın hökumət sözçüsü əlavə edib ki, danışıqlarda Rusiya–Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyiş, təhlükəsizlik təminatları, ərazi məsələləri və Ukraynaya gələcək dəstək qabardılacaq. Eyni zamanda, sanksiyaların davam etdirilməsi təzyiqi də müzakirə olunacaq.
Avropa Komissiyası Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Macron, İtaliya Baş Naziri Giorgia Meloni, Finlandiya Prezidenti Alexander Stubb və NATO Baş Katibi Mark Rutte də danışıqlarda iştirak edəcək liderlər sırasındadır.