Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək

Avqustun 19-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Aİ-nin videokonfrans rejimində fövqəladə sammiti keçiriləcək.Bu barədə Avropa Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsində məlumat verib.
“Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam”, - deyə Koşta yazıb.
O, həmçinin Aİ-nin ABŞ-lə birlikdə Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarına nail olmaq üçün çalışacağına ümid etdiyini bildirib.
Son xəbərlər
Daha çox 