• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Trampla Zelenski Ağ Evdə görüşüb -Yenilənib

Trampla Zelenski Ağ Evdə görüşüb -Yenilənib
18.08.2025 21:56

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə bir araya gəlib.

Görüşdə Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür və Alyaskada Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi görüşü xatırlayaraq, hazırkı vəziyyəti həll etmək üçün əlverişli fürsət kimi qiymətləndirib.

Zelenski isə sülhün bərqərar olması istiqamətində göstərilən səylərə görə Tramp-a təşəkkür edib və Putinə yazdığı məktuba görə həyat yoldaşı Melani Trampa da minnətdarlığını ifadə edib.

Tramp qeyd edib ki, günün sonunadək Amerika qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı açıqlama verə bilər. O, bu barədə Avropa qüvvələrinin potensial iştirakı barədə suala cavab verərkən “qərar Avropa İttifaqı (Aİ) liderləri ilə görüşdən sonra açıqlana bilər”‑ deyə bildirib.

Tramp vurğulayıb ki, “həm Putin, həm də Zelenski Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatmasını istəyir”, və əlavə edib ki, “həm tərəflər, həm də dünya bunun tərəfdarıdır”. O, müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmağın çətin olduğunu, lakin nizamlanmanın “dayanıqlı” olmasının vacib olduğunu qeyd edib.

Amerika lideri həmçinin bildirib ki, Avropa dövlət başçıları da Ukraynada sülh istəyir və onlar ilə nizamlanma təkliflərini müzakirə etməyi düşünür. Tramp qeyd edib ki, müharibəni sona çatdırmaq üçün “məqbul imkanlar” Zelenski və Aİ liderləri ilə danışıqlardan sonra əmələ gələ bilər.

O qeyd edib: “Bu gün ya razılaşma olacaq, ya olmayacaq. Əgər olmazsa, o zaman Ukraynaya dəstək dayanacaq”.

“Mən bu barədə indi danışmayacağam” – Tramp Ukraynanın və Rusiyanın hansı tərəfinin daha üstün olduğunu soruşduqda belə cavab verib. Bununla belə, o sülhün gələcəyinə ümid bəslədiyini bəyan edib:

“Bizdə sülh olacaq. Ümid edirəm ki, dərhal gələcək. Baxın, müharibə bitəcək. Dəqiq nə vaxt deyə bilmərəm. Amma müharibə bitəcək… Putin bunun bitməsini istəyir.”

Ukrayna prezidenti Volodimir Zelenski isə jurnalistlərin Kiyevin sülh sazişinin bir hissəsi kimi ərazi güzəştlərinə hazır olub-olmaması sualına cavab verməkdən imtina edib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, sülh nizamlanmasının bir hissəsi kimi Ukraynanı “çox yaxşı müdafiə” ilə təmin edəcək və onun NATO-dakı kimi təhlükəsizlik zəmanətləri ala biləcəyini qeyd edib. Lakin bu barədə dəqiq cavab verməkdən imtina edərək, sualı belə cavablandırıb: “Bilmirəm, siz bunu belə müəyyən edə bilərsinizmi”.

Tramp həmçinin deyib ki, NATO ölkələri Ukraynaya yönəldilən ABŞ silahlarının qiymətini ödəyəcək. Buna cavab olaraq Zelenski Kiyevin ABŞ silahlarını almaqda çətinlik çəkdiyini vurğulayıb.

İki lider arasında jurnalistlər üçün açıq hissə başa çatıb, danışıqlar daha sonra bağlı qapılar arxasında davam etdirilib.

Ağ Evdəki görüşdən sonra Tramp Rusiyanın Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırdığını deyib. O, üçtərəfli görüşün mümkünlüyündən və bu formatda sülhə nail olmaq şansının yüksək olduğunu bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Avropa Rusiyaya qarşı Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır və Amerika bu prosesdə dəstək göstərəcək.

Tramp atəşkəsin öncədən əldə olunmasının lazım olmadığını vurğulayıb və məqsədin müvəqqəti atəşkəs deyil, davamlı sülh olduğunu bildirib: “Atəşkəsin olacağını düşünmürəm. Onlar döyüşərkən biz sülhə doğru işləməyə razılaşa bilərik.”

"Mən ukraynalıları sevirəm. Hamını və rusları sevirəm. Mən bu müharibənin bitməsini istəyirəm", - Amerika lideri əlavə edib.

***

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qarşılayıb.

Liderlər hazırda Oval kabinetdə mətbuata birgə açıqlamalar verir.

 

 

***

Avropa liderləri Tramp-Zelenski görüşündə iştirak etmək üçün Ağ evə gəlməyə başlayıblar.

Bu gün Ağ evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olacaq. Görüş əvvəlcə ikitərəfli, sonra Avropa liderlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

***

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh razılaşması ilə bağlı ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona gəlib.

Ağ Evin məlumatına görə, Zelenski və Tramp saat 21:15-də (Bakı vaxtı ilə) Oval kabinetdə görüşəcək.

Daha sonra Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Kir Starmer və digər Avropa liderləri ilə görüş keçirəcək.

Vaşinqtonun mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, Ağ Ev ətrafında yollar bağlanıb, əlavə yoxlama məntəqələri qurulub.

Zelenski bildirib ki, Ukraynanın məqsədi ərazi güzəştləri olmadan ədalətli və davamlı sülhə nail olmaqdır.

O, ABŞ və müttəfiqlərə dəstəyə görə təşəkkür edib və Rusiyanı gerçək sülhə məcbur etmək üçün birgə səylərin vacibliyini vurğulayıb.

Tramp isə daha əvvəl bəyan edib ki, “Zelenski Krımdan və NATO-ya üzvlük niyyətindən imtina etsə, müharibəni dərhal dayandıra bilər”.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Avropa liderləri ilə görüşüb - Yenilənib
Dünya 01:01
Tramp Avropa liderləri ilə görüşüb - Yenilənib
Rusiya ordusu Donetskə hücum edib, ölənlər və yaralananlar var
Dünya 23:11
Rusiya ordusu Donetskə hücum edib, ölənlər və yaralananlar var
Trampla Zelenski Ağ Evdə görüşüb -Yenilənib
Dünya 21:56
Trampla Zelenski Ağ Evdə görüşüb -Yenilənib
Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək
Dünya 20:21
Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək
Трамп не оставляет ХАМАС шанса
Dünya 20:04
Трамп не оставляет ХАМАС шанса
Zelenski Vaşinqtonda Kelloqla görüşüb
Dünya 18:08
Zelenski Vaşinqtonda Kelloqla görüşüb

Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
Dünya 17:40
Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
Məsud Pəzeşkiyan Ermənistana səfər edib
Dünya 15:43
Məsud Pəzeşkiyan Ermənistana səfər edib
Paşinyan kilsə ilə bağlı ifadələrinə görə üzr istəyib, amma mövqeyini dəyişməyib
Dünya 09:38
Paşinyan kilsə ilə bağlı ifadələrinə görə üzr istəyib, amma mövqeyini dəyişməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol