ABŞ-ın zərbələri olmasaydı, İran dörd həftəyə nüvə silahı yarada bilərdi

Əgər Amerika qüvvələri İranın nüvə obyektlərinə hava zərbələri endirməsəydi, Tehran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi. Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
«Düşünürəm ki, onlar dörd həftə ərzində nüvə silahına sahib olardılar. Və ondan istifadə edərdilər», – Tramp iyunda İran obyektlərinə endirilən zərbələrdən danışarkən amerikalı jurnalist Mark Levinə müsahibəsində bildirib.
İyun ayının 22-də ABŞ qüvvələri Fordo, İsfahan və Natanzdakı üç nüvə obyektinə B-2 Spirit strateji bombardmançıları və bunkerə nüfuz edən bombalarla zərbə endirib.
Trampın sözlərinə görə, obyektlərə «böyük zərər» dəyib.
ABŞ prezidenti həmçinin özünü və İsrailin baş naziri Benyamin Netanyahunu «müharibə qəhrəmanları» adlandırıb.
«O, müharibə qəhrəmanıdır, çünki biz birgə işləyirik. Mən də müharibə qəhrəmanıyəm. Heç kimə maraqlı deyil, amma mən də. Mən həmin təyyarələri İranın nüvə obyektlərini bombalamağa göndərdim», – Tramp vurğulayıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 