Putin Zelenski ilə təkbətək görüşmək istəyir

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə təkbətək görüşmək istəyir. O, ABŞ prezidenti Donald Trampın geniş formatlı sammit təklifini rədd edib. Bu barədə ABŞ və Avropa rəsmiləri çərşənbə axşamı bildiriblər.
ABŞ Dövlət Departamentinin protokol rəhbəri Monika Krouli Fox News-a deyib ki, görüş “növbəti iki həftə ərzində” baş tuta bilər, lakin məkan hələ açıqlanmayıb.
Politico-nun məlumatına görə, Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə çalışsa da, Moskva yalnız ikitərəfli formatda israr edib.
ABŞ prezidenti danışıqların hazırlanmasını xüsusi nümayəndəsi Uitkoffa həvalə edib.
Avropa diplomatları bir neçə variantın müzakirə olunduğunu bildiriblər.
Fransa prezidenti Emmanuel Makron Cenevanı dəstəkləyib, ABŞ və Ukrayna rəsmiləri isə Roma üzərində dayanırlar. Macarıstan da mümkün variant kimi qeyd olunur.
İsveçrənin xarici işlər naziri İnyaçio Kassis ölkəsinin görüşə ev sahibliyi etməyə və Beynəlxalq Cinayət Məhkəməsinin orderinə baxmayaraq Putinə toxunulmazlıq verməyə hazır olduğunu deyib, əgər səfər sülh danışıqları üçün olarsa.
AFP-nin məlumatına görə, Zelenski Putinin Moskvada görüş keçirmək təklifini rədd edib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 