Erməni bloqer Rusiyada saxlanılıb

Erməni bloqer Arsen Markaryan Rusiyada saxlanılıb.Bu barədə Rusiya İstintaq Komitəsi teleqramda məlumat yayıb.
Məlumata görə, bloqer Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinir.
Belə ki, Markaryan videohostinq saytlarından birində vətən müdafiəçilərinin xatirəsinə təhqirlər əks etdirən video yerləşdirib. Daha sonra şübhəli axtarışa verilib.
Son xəbərlər
Daha çox 