İsveçrə poçtu ABŞ-yə bağlama göndərmə xidmətlərini dayandırıb

İsveçrə poçtu yeni gömrük qaydaları ilə əlaqədar avqustun 26-dan ABŞ-yə mal göndərmə xidmətlərini dayandırıb.Bu barədə İsveçrənin poçt xidmətinin məlumatında deyilir.
Məhdudiyyətlər sənədlərin göndərilməsinə və ekspress bağlamalara təsir etməyəcək. Mütəxəssislər poçt dövriyyəsinin bərpası üzərində işlədiklərini və vəziyyətin mümkün həllərini müzakirə etdiklərini bildiriblər.
ABŞ hökuməti avqustun 29-dan etibarən "de minimis istisnası"nı - idxal edilən mallar üçün minimum dəyər həddinin ləğvi haqqında qərar qəbul edib. Bu qayda dəyəri 800 dollara qədər olan bağlamaların gömrük rüsumu olmadan göndərilməsinə imkan verirdi.
Son xəbərlər
Daha çox 