ABŞ-də katolik məktəbində atışma olub, ölən və yaralananlar var

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki “Annunciation” katolik məktəbində atışma baş verib.Bu barədə “NBC News”məlumat yayıb.
Minneapolis Polis Departamenti katolik məktəbindəki insident zamanı 3 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını açıqlayıb.
Atışmada şübhəli bilinən şəxsin intihar etdiyi bildirilir.
Hadisəyə ABŞ Prezidenti Donald Tramp da reaksiya verib.
Tramp Ağ Evin bu dəhşətli hadisəni izləməyə davam edəcəyini bildirib.