• $ 1.7
  • € 2.0054
  • ₽ 0.0203
  • ₺ 0.0411
  • £ 2.2959

İndoneziyada etirazlar zamanı 20 nəfər itkin düşüb, 6 nəfər ölüb

İndoneziyada etirazlar zamanı 20 nəfər itkin düşüb, 6 nəfər ölüb
02.09.2025 11:35

İndoneziyada qanunvericilərə verilən dəbdəbəli müavinətlərə qarşı keçirilən etiraz aksiyaları zamanı ən azı 20 nəfər itkin düşüb, 6 nəfər isə həyatını itirib. Bu barədə Fransız mətbuat agentliyi AFP, İnsan Hüquqları üzrə Komissiya (KontraS)-a istinadla məlumat yayıb.

Etirazlar, bir gənc çatdırılmaçının hərbiləşdirilmiş polis tərəfindən öldürülməsini göstərən videonun internetdə yayılmasından sonra geniş vüsət alıb.

KontraS-ın açıqlamasına görə:

Sentyabrın 1-nə olan məlumata əsasən, 23 nəfər barədə itkin düşmə xəbəri daxil olub.

Onlardan 20 nəfər hələ də itkin hesab olunur.

İtkinlər əsasən Yava adasındakı Bandunq və Depok şəhərlərində, eləcə də Mərkəzi, Şərqi və Şimali Cakarta əyalətlərində qeydə alınıb.

Cakartanın polis rəisi Asep Edi Suheri bildirib ki, avqustun 25-dən bəri keçirilən aksiyalar zamanı 1,240 nəfər saxlanılıb.

Prezident Prabowo Subianto, davam edən narazılıqlar fonunda millət vəkillərini imtiyazlarından imtina etməyə çağırıb. Bu etirazlar, keçmiş general olan Prabowonun hakimiyyətə gəlişindən sonra ölkədə baş verən ən genişmiqyaslı etiraz aksiyaları kimi qiymətləndirilir.

Etirazlara qadın təşkilatlarının da qoşulması ilə yeni aksiyaların çərşənbə axşamı parlament binası qarşısında keçiriləcəyi gözlənilir.

BMT bazar ertəsi İndoneziya hökumətini etirazlar zamanı “qeyri-mütənasib güc tətbiqi” iddiaları ilə bağlı araşdırma aparmağa çağırıb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qırğızıstan parlamenti özünü buraxıb
Dünya 11:15
Qırğızıstan parlamenti özünü buraxıb
Paşinyan Rusiyaya işgüzar səfərə gedib
Dünya 09:56
Paşinyan Rusiyaya işgüzar səfərə gedib
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
Dünya 00:00
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
Baydenin portretinin yerinə bu foto asıldı
Dünya 23:09
Baydenin portretinin yerinə bu foto asıldı
İran kəşfiyyatı İsrailin nüvə mərkəzləri ilə bağlı məxfi sənədlər əldə edib
Dünya 22:00
İran kəşfiyyatı İsrailin nüvə mərkəzləri ilə bağlı məxfi sənədlər əldə edib
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Dünya 21:15
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Lavrov və Rubio BMT-nin Nyu Yorkdakı qərargahında danışıqlar aparır
Dünya 20:19
Lavrov və Rubio BMT-nin Nyu Yorkdakı qərargahında danışıqlar aparır
Ərdoğan Suriya prezidenti ilə görüşüb
Dünya 19:48
Ərdoğan Suriya prezidenti ilə görüşüb
Məhkəmə erməni arxiyepiskopu həbsdə saxlayıb
Dünya 18:50
Məhkəmə erməni arxiyepiskopu həbsdə saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol