Fransa Bəşər Əsədin həbsinə order verib

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və Suriyanın 6 keçmiş hökumət rəsmisinin həbsinə order verib.Bu barədə France24 xəbər verir.
Onlar 2012-ci ildə Homs şəhərini atəşə tutmaqda ittiham olunurlar.
Fransa hakimiyyətinin məlumatına görə, atəş nəticəsində amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oçlik həlak olub.
Bu Fransanın Bəşər Əsədin həbsi ilə bağlı verdiyi üçüncü orderdir. Bundan öncə Fransada istintaq hakimləri onun 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə, daha əvvəl isə Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə həbsinə order verib.