• $ 1.7
  • € 1.9879
  • ₽ 0.021122
  • ₺ 0.0413
  • £ 2.2997

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
03.09.2025 21:54

 

Böyük Britaniya hökuməti ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edən 11 rusiyalı fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar paketi elan edib.

Hökumətin rəsmi saytında yayılan açıqlamada Rusiya dövlətinə bağlı 8 nəfər və 3 təşkilata sanksiyalar tətbiq edildiyi bildirilib.

“Rusiyanın ukraynalı uşaqları deportasiya etmək, beyinlərini yumaq və militarizasiya siyasətini həyata keçirən şəxslər bu gün Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıblar. Bunlara Rusiya dövlətinə bağlı səkkiz nəfər və üç təşkilat daxildir”, – deyə məlumatda qeyd olunub.

Yeni sanksiyalar Ukrayna mədəniyyətini silmək məqsədini güdən siyasəti dəstəkləyən və həyata keçirən şəxsləri hədəfə alır. Onların sırasında Ukrayna uşaqları və yeniyetmələri üçün yenidən tərbiyə proqramları təşkil edən, hərbi yönümlü təlimlər keçirən “Əhməd Kadırov Fondu”da var. Fondun prezidenti və Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da sanksiya siyahısına salınıb.

Böyük Britaniya hökumətinin açıqlamasında qeyd olunub ki, bu addım hərbi kəşfiyyatın təqdim etdiyi sübutlar fonunda atılıb: “Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində uzunmüddətli ruslaşdırma siyasəti həyata keçirir, Ukrayna mədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyə çalışır”.

BMT-nin hesabatlarına əsasən, Rusiya işğal altındakı ərazilərdə məktəblərdə rus tədris proqramı tətbiq edir və uşaqları hərbi xidmətə hazırlayan məşğələlər həyata keçirir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Portuqaliyada funikulyor relsdən çıxıb, ölən və yaralananlar var
Dünya 00:06
Portuqaliyada funikulyor relsdən çıxıb, ölən və yaralananlar var
ABŞ Argentina ilə vizasız rejim sazişinin imzalanmasını dayandırıb
Dünya 23:28
ABŞ Argentina ilə vizasız rejim sazişinin imzalanmasını dayandırıb
Paşinyan Yaponiyaya gedib
Dünya 22:26
Paşinyan Yaponiyaya gedib
Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib
Dünya 22:08
Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 21:54
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Tramp yaxın günlərdə Putinlə danışıq aparacaq
Dünya 20:30
Tramp yaxın günlərdə Putinlə danışıq aparacaq
Tramp HƏMAS-ı girovları dərhal azad etməyə çağırıb
Dünya 20:09
Tramp HƏMAS-ı girovları dərhal azad etməyə çağırıb
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb
Dünya 19:52
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb
Rubio Meksikaya səfər edib
Dünya 19:30
Rubio Meksikaya səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol